Qax və Zaqatalada güclü külək: 4 kənd qazsız və işıqsız qaldı - FOTO/VİDEO

Hazırda oxunan: Qax və Zaqatalada güclü külək: 4 kənd qazsız və işıqsız qaldı - FOTO/VİDEO

623656

Qax rayonunda müşahidə olunan güclü külək bir sıra yaşayış məntəqələrində fəsadlara yol açıb. Rayonun Qorağan, Turaclı, Marsan və Çüdülü kəndlərində 30-a yaxın ağac aşıb. Həmçinin 5 yardımçı tikili və mal tövləsinin dam örtüyünə ziyan dəyib.

Bizim.Media “azertag.az”a istinadla xəbər verir ki, bu barədə Qax Rayon İcra Hakimiyyəti yanında Fövqəladə Hallar Komissiyasından məlumat verilib.
 

Güclü küləyin təsirindən çoxsaylı irigövdəli ağaclar kökündən qoparaq aşıb, elektrik və rabitə dirəkləri zədələnib, naqillər qırılıb. Bəzi ərazilərdə qaz xətlərinə də ziyan dəyib. Baş verən hadisə nəticəsində Marsan, Turaclı və Çüdülü kəndlərində elektrik enerjisinin, internet xidmətinin və təbii qazın verilməsində fasilələr yaranıb.


Hazırda aidiyyəti qurumların əməkdaşları qəzaların nəticələrinin aradan qaldırılması istiqamətində tədbirlər görür. Güclü külək Zaqatala rayonunda da fəsadsız ötüşməyib.

Rayonun müxtəlif ərazilərində ağaclar aşıb, bəzi yaşayış məntəqələrində elektrik enerjisinin verilməsi müvəqqəti dayanıb. Aidiyyəti xidmətlər yaranmış problemlərin aradan qaldırılması üçün ərazilərdə işləyirlər.

Hazıırda bölgədə qeyri-sabit hava şəraiti davam edir.


















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin