Sentyabrın son günü Azərbaycanda 31 dərəcə isti olacaq

Hazırda oxunan: Sentyabrın son günü Azərbaycanda 31 dərəcə isti olacaq

97905
Sentyabrın 30-da Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Moderator.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadla xəbər verir ki, səhər yarımadanın bəzi yerlərində qısa müddətli az yağış yağacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi əsəcək.
xa0
Havanın temperaturu gecə 17-20, gündüz 26-30 dərəcə isti olacaq. xa0
xa0
Bölgələrdə axşam və gecə əsasən dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
xa0
Havanın temperaturu gecə 13-18, gündüz 26-31, dağlıq ərazilərdə gecə 8-13, gündüz 19-23 dərəcə isti olacaq.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin