Keçmiş deputat: “Siyasət mənim üçün bitib”x9d

Hazırda oxunan: Keçmiş deputat: “Siyasət mənim üçün bitib”x9d

90477
"Dediyim sözün üstündə dayanan adamam. Ona görə də yenə təkrar edirəm. Parlament seçkilərinə qatılmaq fikrim yoxdur”x9d.
 Bunu Modern.az-a açıqlamasında sabiq deputat, Azərbaycanın Belarusdakı səfirliyinin keçmiş əməkdaşı  Asya Manafova deyib. Asya Manafovanın sözlərinə görə, siyasət onun üçün bitib.

“Siyasətlə yollarımı çoxdan ayırmışam. Ona görə də bu il keçiriləcək parlament seçkilərində iştirak etməyim mümkünsüzdür. Bu gün belə, sabah da bir başqa cür danışmağı sevən adam deyiləm. Bir sözlə, siyasət mənim üçün bitib”x9d.

Qeyd edək ki, Asya Manafova Milli Məclisin 1-ci və 2-ci çağırış deputatı olub. Eyni zamanda, keçmiş nazir Əli Nağıyevlə birgə Azərbaycanın Belarusdakı səfirliyində çalışıb.

Xatırladaq ki, bu ilin noyabr ayında Milli Məclisə növbəti deputat seçkiləri keçiriləcək.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin