Arif Alışanov baş redaktoru müxbir təyin etdi

Hazırda oxunan: Arif Alışanov baş redaktoru müxbir təyin etdi

89378
Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində daha bir nəfər vəzifəsindən uzaqlaşdırılıb. 

QSC-dəki etibarlı mənbələrdən AzNews.az-a daxil olan məlumata görə AzTV-nin Hərbi Vətənpərvərlik redaksiyasının baş redaktoru Firuz Kazımoğlu vəzifədən çıxarılıb. 

Qurumun sədri Arif Alışanov F.Kazımoğlunu radionun Xəbərlər redaksiyasında müxbir vəzifəsinə təyin edib. Lakin onun baş redaktorluqdan uzaqlaşdırıldıqdan sonra işə gəlmədiyi bildirilir.

Hərbi Vətənpərvərlik redaksiyasının boş qalmış baş redaktorluq postuna isə həmin redaksiyanın rejissoru Əlimürsəl Hacızadə gətirilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin