Bakıda ilk: Şortik festivalı keçiriləcək - FOTOLAR

Hazırda oxunan: Bakıda ilk: Şortik festivalı keçiriləcək - FOTOLAR

87588

Oxu.Az xəbər verir ki, Flashmob Azerbaijan tərəfindən keçirilən festivalın əsas məqsədi şortik geyinən insanlara dəstək olmaqdır.

Təşkilatçıların verdiyi məlumata görə, yürüşdə hər kəs iştirak edə bilər. İştirakçılar festivala nə “brici”x9d, nə qısa şalvarda, yalnız dizdən uzun olmayan şortda gəlməlidirlər.

Oxu.Az festivalın marşrutunu təqdim edir:

1. TOPLAŞMA: Dənizkənarı Bulvar. Saat 19:00-19:15, Saat qülləsi ilə üzbəüz.

2. Dəniz kənarından başlayıb, Saat qülləsindən sola dönüb, parkın mərkəzi ilə Kukla teatrına tərəf gediləcək. 

3. Yeraltı keçid ilə Nizami küçəsinə (Tarqovı) keçiləcək.

4. Azərbaycan kinoteatrı istiqamətində hərəkət ediləcək.

5. Sonra “KFC”x9d, “McDonalds”x9d, “Şaurma”x9d istiqamətində gediləcək.

6. Yeraltı keçid, Kontinental.

7. Sahil parkı. SONUNCU dayanacaq.

Qeyd edək ki, son günlərdə sosial şəbəkələrdə şortik geyinənlərə dəstək kampaniyası keçirilir. Belə ki, sosial şəbəkə istifadəçiləri şortiklə şəkil çəkdirərək #MənŞortGeyinirəm haştaqları ilə paylaşımlar edirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin