Biləsuvarda yolların inşası üçün ayrılan dövlət vəsaiti hara xərclənib?

Hazırda oxunan: Biləsuvarda yolların inşası üçün ayrılan dövlət vəsaiti hara xərclənib?

86344

Biləsuvar rayonunda mərkəzi yol (Biləsuvar-Bəhramtəpə yolu) bərbad vəziyyətə düşüb. Səbəb rayona kanalizasiya çəkilişi üçün 4 il əvvəl başlanan, amma tamamlanmayan işlərdir. Rayon sakinlərinin Moderator.az-a verdikləri xəbərə görə, xa0əvvəl kanalizasiya üçün qazılan quyular elə o vəziyyətdə də qalıb. Kanalizasiya xətlərinin çəkilişi üçün yollar qazılıb və bərbad vəziyyətdə də buraxılıb. 4 ildir ki, heç bir iş görülmür. Əcnəbi mühəndislər kanalizasiya çəkilişi üçün görülən işlərin səhv aparıldığını xəbərdar ediblər. Lakin buna məhəl qoyulmayıb. Sakinlər qeyd edir ki, nəzərdə tutulan işlər üçün əvvəlcə ayrılmış dövlət vəsaitinin hara xərcləndiyi bilinməsə də, yenidən pul ayrılıb, amma yenə də işlər görülmür. Nəticə də isə rayon sakinləri illərdir ki, yolların bərbad durumundan əziyyət çəkir. Yolların dağınıq vəziyyətdə olması sakinlərin avtomobillərini sıradan çıxarır. Bəzi evlərin girişində kanalizasiya quyuları qazılıb və üstü açıq qaldığı üçün sakinlərin öz evlərinə rahat girişi də problemə çevrilib.
Rayon sakinləri aidiyyatı orqanlardan 4 ildir davam edən bu acınacaqlı vəziyyətə son qoyulmasını istəyir.

Xəyal Əzizov

Biləsuvarda yolların inşası üçün ayrılan dövlət vəsaiti hara xərclənib?
 Biləsuvarda yolların inşası üçün ayrılan dövlət vəsaiti hara xərclənib?
 Biləsuvarda yolların inşası üçün ayrılan dövlət vəsaiti hara xərclənib?
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin