Müəllim və valideynlər təlimlərə cəb olunur

Hazırda oxunan: Müəllim və valideynlər təlimlərə cəb olunur

81266
Moderator.az-ın verdiyi xəbərə görə,  Azərbaycan Respublikası Prezidenti yanında QHT- lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə " Yeni Həyat" Humanitar və Sosial Dayaq İctimai Birliyi "Məktəb- valideyn münasibətlərinə həsr edilən sorğu və təlimlərin keçirilməsi" adlı layihənin icrasını davam etdirir. Bu barədə Birliyin sədri Nailə İsmayılovanın verdiyi məlumata görə layihənin keçirilməsi Mingəçevir, Göyçay və Bakı məktəblərində nəzərdə tutulub. Artıq bununla bağlı Göyçayda və Mingəçevirdəki məktəblərdə sorğular keçirilib və sorğuların nəticələri məlum olub. Sorğular peşəkar sosioloqlar tərəfindən aparılıb. Nəticələri ilə bağlı sənədlər hazırlanıb. Sorğulardan sonra müəyyən olunmuş 25 müəllim və 25 valideyn təlimlərə cəlb olunub. Həmin təlimlər müxtəlif mövzular üzrə keçirilib. Şagird- müəllim, valideyn- uşaq münasibətləri müzakirə çıxarılıb. Məktəblə valideyn münasibətləri öyrənilməyə çalışılıb. Müəllimlər daha çox valideynlərin məktəbə gəlməsini, övladları ilə maraqlanmasını istədiklərini bildiriblər.

Bir daha qeyd edək ki, layihənin icrası davam edir və növbəti sorğu və təlimlər Bakı şəhər Nizami rayon 129 saylı orta məktəbdə keçiriləcək. Məktəblərdə keçirilən bu tədbirlərə yerli icra hakimiyyətinin təhsil üzrə məsul işçisi, təhsil şöbəsinin metodisti və digər dövlət qurumlarından aidiyyatı şəxslər də dəvət olunur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin