Humanitar Kollecdə bıçaqlanma hadisəsi ayın 2-də olub.
Bu barədə Bizim.Media-nın sorğusuna cavab olaraq Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində fəaliyyət göstərən Humanitar Kollecdən məlumat verilib.
Bildirilib ki, noyabrın 2-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində fəaliyyət göstərən Humanitar Kollecdə tələbələr arasında insident baş verib.
Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırma aparılır və məsələ nəzarətdə saxlanılır.
İnsident nəticəsində xəsarət alan tələbəyə zəruri tibbi yardım göstərilib. Hazırda tələbənin səhhəti qənaətbəxşdir.
Qeyd edilib ki, hadisə dərsdən kənar vaxtda baş verib.
Məlumat üçün bildirək ki, hadisə kollecin "Gənclik korpusu"nun həyətində qeydə alınıb. İki tələbə arasında yaranan mübahisə zamanı onlardan biri digərinə 6 bıçaq zərbəsi endirib.
Polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 17 yaşlı şəxs müəyyən edilərək saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
Fəridə, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
16:26 / 04.11.2026
Humanitar Kollecdəki bıçaqlanma ilə bağlı rəsmi açıqlama
Hazırda oxunan: Humanitar Kollecdəki bıçaqlanma ilə bağlı rəsmi açıqlama
Hazırda oxunan: Humanitar Kollecdəki bıçaqlanma ilə bağlı rəsmi açıqlama
645991
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































