Zaqatala rayonunun Dardoqqaz kəndində Vətən müharibəsi şəhidi Abakar Hacıyevin anım mərasimi keçirilib.
Bizim.Media xəbər verir ki, anım mərasimində şəhidin doğmaları, həmkəndliləri, şəhid valideynləri, yerli icra və dövlət qurumlarının nümayəndələri iştirak edib.
Kənd qəbiristanlığında məzarı başında keçirilən mərasimdə 24 il Azərbaycan Silahlı Qüvvələrində qüsursuz xidmət etmiş Abakar Hacıyevin əziz xatirəsini hörmətlə yad edib, onunla bağlı xstirələrini danışıblar.
Bildirilib ki,Vətən müharibəsinin ilk günündən Qusardakı hərbi hissənin komandir müavini kimi döyüşlərə qatılan Abakar Hacıyev 27 oktyabr 2020-ci ildə Qırmızı Bazar istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub və oktyabrın 30-da doğulduğu kənddə dəfn olunub.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu


































































































