“Bitcoin”in qiyməti 77 min dollara enib

Hazırda oxunan: “Bitcoin”in qiyməti 77 min dollara enib

645242

Kriptovalyuta bazarında son 24 saat ərzində əsas rəqəmsal aktivlərin əksəriyyətində ucuzlaşma müşahidə olunub. “Bitcoin”in qiyməti 77 min dollar səviyyəsinə enib.

Bizim.Media xəbər verir ki, “CoinMarketCap” platformasının məlumatına əsasən, “Bitcoin” son 24 saatda 1,76% ucuzlaşaraq 77 144,17 ABŞ dollarına düşüb. Kriptovalyutanın qiyməti son 7 gündə isə 4,40% azalıb.

“Ethereum” 0,37% ucuzlaşaraq 2 240,31 dollara, BNB 1,78% ucuzlaşaraq 702,76 dollara enib. “Solana”nın qiyməti 2,31% azalaraq 95,86 dollar təşkil edib.
 

Digər kriptovalyutalardan XRP geriləyərək 1,24 dollara, “TRON” 0,3242 dollara, “Dogecoin” isə 0,07523 dollara düşüb. Son 24 saatda “Hyperliquid”in qiyməti də 4,48% azalaraq 88,34 dollar olub.


Bununla yanaşı, bəzi rəqəmsal aktivlərdə artım da müşahidə edilib. “Tether” 0,07% bahalaşaraq 0,9988 dollara, “USD Coin” (USDC) isə 0,02% artaraq 0,9997 dollara yüksəlib.

“CoinMarketCap 20” indeksi son 24 saatda 1,41% azalaraq 156,84 bənd təşkil edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin