Azərbaycana səfər edən çinlillərin sayı artıb

Hazırda oxunan: Azərbaycana səfər edən çinlillərin sayı artıb

638373

2025-ci ilin aprelində Prezident İlham Əliyevin Çinə dövlət səfəri zamanı Azərbaycan və Çin arasında hərtərəfli strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyanat imzalanıb. İkitərəfli münasibətlərin inkişafında yeni mərhələnin əsasını qoyan bu tarixi sənəd dövlət başçılarının strateji baxışının mühüm nəticəsi olub.

Bizim.Media AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev Çin Xalq Respublikasının yaradılmasının 77-ci ildönümünə həsr olunmuş rəsmi qəbulda deyib.

Şahin Mustafayev bildirib ki, son illərdə Azərbaycan ilə Çin arasında turizm əlaqələri də dinamik şəkildə genişlənir.

Baş nazirin müavini qeyd edib ki, 2025-ci ildə qarşılıqlı viza rejiminin ləğvi turizm əlaqələrinin inkişafına əhəmiyyətli təkan verib. Ötən il Azərbaycana səfər edən Çin vətəndaşlarının sayı 42 faiz artıb, Azərbaycandan Çinə turist axını isə təxminən 85 faiz yüksəlib.
 

Şahin Mustafayev vurğulayıb ki, beynəlxalq münasibətlər də ikitərəfli əməkdaşlığın mühüm istiqamətlərindən birinə çevrilib.


Azərbaycanın və Çinin bir sıra şəhərləri arasında qardaşlaşma və əməkdaşlıq münasibətləri də yaradılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin