Sosial şəbəkədə əxlaq normalarını pozan daha bir tiktoker həbs olunub.
Bizim.Media “Lent.az”a istinadən xəbər verir ki, Almaz Maqsudova "TikTok" sosial şəbəkəsində özünə məxsus "Sarışın gözəl" profilində canlı yayım açaraq, nalayiq ifadələr işlədib. Bununla da o, ictimai mənəviyyatı təhqir edən əməllərə yol verib.
Faktla bağlı A. Maqsudova polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci ((internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə görə) maddəsilə protokol tərtib olunub.
Göyçay rayon Məhkəməsinin qərarı ilə A. Maqsudova barəsində 10 gün müddətinə inzibati həbs qərarı verilib.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
15:54 / 23.09.2026
"TikTok"da söyüş söyən "Sarışın gözəl" HƏBS OLUNDU
Hazırda oxunan: "TikTok"da söyüş söyən "Sarışın gözəl" HƏBS OLUNDU
Hazırda oxunan: "TikTok"da söyüş söyən "Sarışın gözəl" HƏBS OLUNDU
638309
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































