Xəbər verdiyimiz kimi, Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təşkilatçılığı ilə beynəlxalq təşkilatların, eləcə də 100-dən artıq ölkənin xüsusi xidmət orqanlarının rəhbərləri və yüksəksəviyyəli nümayəndələrinin iştirakı ilə “Qlobal təhlükəsizlik arxitekturasında yeni çağırışlar və terrorçuluğa qarşı effektiv əməkdaşlıq mexanizmlərinin formalaşdırılması” mövzusunda IV Bakı Təhlükəsizlik Forumu keçirilib.
Tədbirdə Prezident İlham Əliyevin forum iştirakçılarına müraciəti oxunub.
MÖVZU İLƏ BAĞLI:
100-dən çox ölkənin xüsusi xidmət rəhbərləri burada - Bakı dünyanı bir araya topladı
Bizim.Media xəbər verir ki, tədbirdə çıxış edən DTX-nin rəisi general-polkovnik Əli Nağıyev ölkə başçısının təşəbbüsü ilə əsası qoyulan və ildən-ilə əhatə dairəsi genişlənən forumun iştirakçılarını növbəti dəfə Bakı şəhərində salamlamaqdan məmnunluğunu bildirib.
İlkin müzakirələr zamanı vurğulanıb ki, Bakıda keçirilən beynəlxalq forum xüsusi xidmət və təhlükəsizlik orqanları üçün vacib dialoq platformasıdır. 600-ə yaxın yüksəksəviyyəli nümayəndənin iştirakı qlobal təhlükələrə qarşı forum çərçivəsində 2023-cü ildən başlanan davamlı dialoqun coğrafi miqyasının genişləndiyini göstərir, milli təcrübələrin müqayisəsi, peşəkar əlaqələrin inkişafı və birgə həllərin axtarışı üçün geniş imkanlar yaradır.
Tərəfdaş qurumların rəhbərlərinin geniş iştirakı Bakı platformasına olan etimadı göstərir və müzakirələrin praktiki əməkdaşlığa çevrilməsi imkanlarını artırır.
Bizim.Media




























































































