İlham Əliyev BƏƏ-nin Vitse-prezidentinə başsağlığı verdi

Hazırda oxunan: İlham Əliyev BƏƏ-nin Vitse-prezidentinə başsağlığı verdi

638326

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Vitse-prezidenti, Baş naziri və Dubay Hakimi Əlahəzrət Şeyx Məhəmməd bin Rəşid Al Məktuma başsağlığı məktubu ünvanlayıb.

Bizim.Media xəbər verir ki, məktubda deyilir:

"Əlahəzrət,

Qardaşınız – görkəmli dövlət xadimi Şeyx Əhməd bin Rəşid Al Məktumun vəfatı xəbəri məni olduqca kədərləndirdi.

Bu əvəzsiz itki ilə əlaqədar dərdinizi bölüşür, Sizə, ailənizin bütün üzvlərinə öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin!".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin