İsveçdə təhsil alan azərbaycanlı tələbələr iki ölkə arasında əlaqələrə töhfə verəcək.
Bizim.Media xəbər verir ki, bunu İsveçin Azərbaycana yeni təyin olunmuş səfiri Luis Morsinq Prezident İlham Əliyevin qəbulunda çıxışı zamanı deyib.
MÖVZU İLƏ BAĞLI:
Diplomat həmçinin İsveçdə çoxlu sayda azərbaycanlı tələbənin təhsil aldığını və onların təhsil səviyyəsinin yüksək qiymətləndirildiyini bildirib.
Luis Morsinq bu tələbələrin gələcəkdə fəaliyyətləri dövründə Azərbaycan-İsveç əlaqələrinin inkişafına töhfə verəcəklərinə ümidvarlığını da ifadə edib.
Bizim.Media




























































































