Əfv sərəncamının icrası başa çatdı – YENİLƏNİB

Hazırda oxunan: Əfv sərəncamının icrası başa çatdı – YENİLƏNİB

638283

Ədliyyə Nazirliyinin Penitensiar xidməti Prezident İlham Əliyevin bu gün imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" Sərəncamın icrasını başa çatdırıb.

Bizim.Media xəbər verir ki, Sərəncamın icrası Ədliyyə Nazirliyinin, Ombudsman Aparatının, habelə media nümayəndələrinin iştirakı ilə Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin tabeliyindəki cəzaçəkmə müəssisələrində həyata keçirilib.

Sərəncama əsasən, azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş 19 şəxs və azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş 1 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib.

***14:10

Prezident İlham Əliyevin bu gün imzaladığı məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Sərəncamın icrasına başlanılıb.
 
Bizim.Media xəbər verir ki, sərəncam Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin müəssisələrində icra olunur.
 
Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin