Bu gün Azərbaycan Dövlət Neft və Sənaye Universitetində “UI GreenMetric Dayanıqlı Universitetlərin Reytinqi: 2026-cı il üzrə nəticələr və mükafatlandırma mərasimi”nə start verilib.
ADNSU-nun təşkilatçılığı, Elm və təhsil nazirliyinin dəstəyi ilə təşkil olunan tədbirdə müxtəlif ölkələrin və yerli universitetlərin rəhbərləri, beynəlxalq ekspertlər, siyasətçilər, tədqiqatçılar, elm və təhsil nazirliyinin, ekologiya və təbii sərvətlər nazirliyinin nümayəndələri iştirak ediblər.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru, dosent Rüfət Əzizov çıxışında bildirib ki, ekoloji göstəricilərin yaxşılaşdırılması, yaşıl prinsiplərin təhsil və tədqiqatlara inteqrasiyası universitetin prioritet istiqamətləridir.
Ətraflı Bizim.Media-nın videosüjetində:
Nəzrin Mirzəyeva, Ələkbər Babayev, Bizim.Media




































































































