İşləyən valideynlər üçün distant dərs problemi necə həll olunur? – MÜHÜM AÇIQLAMA

Hazırda oxunan: İşləyən valideynlər üçün distant dərs problemi necə həll olunur? – MÜHÜM AÇIQLAMA

638302

Bakıda Formula 1 üzrə Azərbaycan Qran-Prisinin keçirilməsi ilə əlaqədar 5 ümumi təhsil müəssisələrində və bpaytaxtda yerləşən bütün ali məktbələrdə tədris distant (məsafədən) formada keçiriləcək. Bu addım həmin vaxtda (22-27 sentyabr) paytaxtın Bakı Şəhər Halqasının əhatə etdiyi prospekt və küçələrdə nəqliyyatın hərəkətinin məhdudlaşdırılacağı ilə atılıb.
 

Distant təhsilə keçən ümumi təhsil müəssisələrinin sayı az olsa da bu, xeyli sayda şagirdin və müəllimin evdə qalması, tədrisi evdən davam etdirməsi deməkdir. Bu, müsbət qiymətləndirilsə də, işləyən valideynləri narahat edir. Çünki onlar övladları üçün təhsil planı cızmış, onu məkətəbə, kursa yola saldıqdan sonra işə yollanırlar.


Aşağı siniflərdə oxuyan şagirdlərin valideynləri isə onları evdə tək qoymamaq üçün işə getməməyə məcbur qalırlar. Həm də məktəblərin distant təhsilə keçid qərarının da gec verilməsi valideyn planına təsirsiz ötüşmür.

Məsələ barədə Bizim.Media-ya danışan təhsil sahəsi üzrə ekspert Məzahir Məmmədli qeyd edib ki, bu, həqiqətən də işləyən valideynlər üçün ciddi məsələdir.

O hesab edir ki, distant təhsilə keçidlə bağlı qərar qəfil verildikdə, valideynlərin iş qrafikini dəyişməsi və uşağın dərslərinə nəzarət etməsi hər zaman mümkün olmur.

“Düşünürəm ki, belə hallarda qərar yalnız təhsilin təşkili baxımından deyil, ailələrin sosial və iş şəraiti də nəzərə alınmaqla verilməlidir. Mümkün qədər əvvəlcədən məlumatlandırma, alternativ nəzarət imkanlarının yaradılması və işləyən valideynlər üçün çevik mexanizmlərin nəzərdə tutulması vacibdir. Əsas məsələ odur ki, distant təhsilə keçid valideynlər üçün əlavə və gözlənilməz yükə çevrilməsin”, - deyə ekspert fikrini tamamlayıb.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin