Üç ölkənin hərbçiləri Xocavənd, Naxçıvan və Xəzərdə irimiqyaslı məşqlərə başladı - FOTO/VİDEO

Hazırda oxunan: Üç ölkənin hərbçiləri Xocavənd, Naxçıvan və Xəzərdə irimiqyaslı məşqlərə başladı - FOTO/VİDEO

638364

Azərbaycan, Türkiyə və Özbəkistan hərbi qulluqçularının iştirakı ilə ölkəmizdə keçirilən "Birliyin Gücü - 2026" birgə hərbi təliminin komanda-qərargah məşqləri keçirilib.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycanın Müdafiə Nazirliyindən məlumat verilib.
 

Bildirilib ki, iştirak edən bölmələrin qərargah fəaliyyətinin, o cümlədən komandirlərin qərarqəbuletmə və bölmələri idarəetmə bacarıqlarının təkmilləşdirilməsi məqsədilə keçirilən məşqlərdə qərargahların müəyyən edilmiş ərazilərdə açılaraq yerləşdirilməsi, maskalanması və fəaliyyətlərinin təşkili üzrə tədbirlər həyata keçirilib.


Təlimdə icra olunacaq epizodlara uyğun olaraq Xocavənd rayonunda yerləşən "Qızılqaya", Naxçıvan Muxtar Respublikasında yerləşən "Qarabağlar" Təlim mərkəzlərində, eləcə də Xəzər dənizinin ölkəmizə aid akvatoriyasında yerləşən "Böyük Zirə" təlim sahəsində komandirlər tərəfindən yaranmış vəziyyətin qiymətləndirilməsi, təhlili və qərarların qəbul edilməsi üzrə tapşırıqlar yerinə yetirilib.

Məşqlərdə əsas diqqət iştirakçı ölkələrin hərbi qulluqçuları tərəfindən tapşırıqların birgə icrası zamanı qarşılıqlı uzlaşmanın effektivliyinin artırılmasına yönəldilib.
































Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin