Bu gün əfv olunan Martin Ryan ölkəsinə QAYITDI

Hazırda oxunan: Bu gün əfv olunan Martin Ryan ölkəsinə QAYITDI

638337

Bu gün Prezident İlham Əliyevin imzaladığı Sərəncamla əfv olunan Fransa vətəndaşı Martin Ryan ölkəsinə qayıdıb.

Bizim.Media xəbər verir ki, bu barədə məlumatı “AnewZ” telekanalı yayıb.

Bildirilib ki, Fransaya casusluq ittihamı ilə məhkum olunan M.Ryan Fransanın Xarici Təhlükəsizlik Baş İdarəsinin (DGSE) rəhbəri Nikola Lernerin müşayiəti ilə ölkəsinə qayıdıb.

“Fransanın Xarici Təhlükəsizlik Baş İdarəsinin (DGSE) rəhbəri Nikola Lerner Bakıya gəlib və Fransa vətəndaşı Martin Ryanı Azərbaycandan çıxarkən müşayiət edib. Məlumatlı mənbələrin bildirdiyinə görə, Lerner Bakıya məhz Ryanı müşayiət etmək üçün gəlib. Martin Ryan Azərbaycanı təyyarə ilə tərk edib”, - məlumatda qeyd olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin