Kəngərlidə bir ailənin üzvləri qəzaya düşdü: Körpə vəfat etdi - FOTO

Hazırda oxunan: Kəngərlidə bir ailənin üzvləri qəzaya düşdü: Körpə vəfat etdi - FOTO

638292

Kəngərli rayonunda bir ailənin üzvləri qəzaya düşüb.

Bizim.Media xəbər verir ki, hadisə rayonun Xok kəndi ərazisində baş verib.
 

Belə ki, 77-KS-302 dövlət nömrə nişanlı "KİA" markalı avtomobilin aşması nəticəsində avtomobildə olan 1994-cü il təvəllüdlü Quliyev Məğrur Məşur oğlu və onun həyat yoldaşı 2000-ci il təvəllüdlü Quliyeva Gülarə Elçin qızı xəsarət alıblar.


Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdiriliblər. Onların övladı 2026-cı il təvəllüdlü Qasımov Rəvan Məğrur oğlu isə həyatını itirib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır. (Apa.az)





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin