Qarabağ Regional Təhsil İdarəsi Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən və Ağdamdan olan keçmiş məcburi köçkünlərin təhsil aldığı 89 nömrəli məktəbin bağlanmasına dair iddialara cavab verib.
Bizim.Media xəbər verir ki, qurumdan bildirilib ki, Hökməli qəsəbəsindəki Ağdamdan olan məcburi köçkünlərin təhsil aldığı 89 nömrəli məktəbin bağlanması ilə bağlı yayılan iddialar həqiqəti əks etdirmir:
“Belə ki, hazırda 255 şagirdin təhsil aldığı müəssisə icarə əsasında fəaliyyət göstərən binada yerləşir. Məktəbin 2018-ci ildən etibarən icarə ödənişləri tam şəkildə həyata keçirilib. 2026-cı il üzrə icarə ödənişinin həyata keçirilməsi üçün zəruri sənədlərin təqdim olunması ilə bağlı müəyyən çətinlik yaranıb və bu səbəbdən qısa müddətli gecikmə baş verib.
Hazırda qeyd olunan məsələ həllini tapıb və məktəbin fəaliyyəti ilə bağlı hər hansı problem mövcud deyil. Tədris prosesinin fasiləsizliyi təmin edilib".
Xatırladaq ki, əvvəllər çay evi kimi fəaliyyət göstərən binanın sonradan təhsil müəssisəsinə çevrildiyi, daha sonra isə icarə haqqının ödənməməsi səbəbindən bağlandığı iddia olunurdu. (Oxu.az)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
14:00 / 23.09.2026
Keçmiş məcburi köçkünlərin təhsil aldığı məktəb bağlanıb? – RƏSMİ CAVAB
Hazırda oxunan: Keçmiş məcburi köçkünlərin təhsil aldığı məktəb bağlanıb? – RƏSMİ CAVAB
Hazırda oxunan: Keçmiş məcburi köçkünlərin təhsil aldığı məktəb bağlanıb? – RƏSMİ CAVAB
638279
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
























































































