Ceyhun Bayramov Nyu-Yorkda serbiyalı həmkarı ilə görüşdü - FOTO

Hazırda oxunan: Ceyhun Bayramov Nyu-Yorkda serbiyalı həmkarı ilə görüşdü - FOTO

638356

BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov serbiyalı həmkarı Marko Curiçlə görüşüb və ikitərəfli tərəfdaşlıq münasibətləri müzakirə olunub.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) "X" sosial şəbəkə hesabında paylaşım edilib.
 

Görüş zamanı nazirlər Azərbaycan və Serbiya arasında strateji tərəfdaşlıq münasibətlərinin hazırkı vəziyyətini və inkişaf perspektivlərini, siyasi, iqtisadi, ticarət, enerji, nəqliyyat və humanitar sahələrdə əməkdaşlığı, eləcə də regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə ediblər.


Nazirlər ikitərəfli əlaqələrin irəlilədilməsində yüksək səviyyəli təmasların, siyasi dialoqun və parlamentlərarası əlaqələrin, eləcə də Azərbaycan–Serbiya Strateji Tərəfdaşlıq Şurası, Hökumətlərarası Komissiya və Xarici İşlər Nazirlikləri arasında müntəzəm siyasi məsləhətləşmələr də daxil olmaqla, əsas mexanizmlərin mühüm rolunu vurğulayıblar.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin