Azərbaycanı Avropa çempionatında 12 stend atıcısı təmsil edəcək

Hazırda oxunan: Azərbaycanı Avropa çempionatında 12 stend atıcısı təmsil edəcək

638351

Azərbaycanın stend atıcıları Yunanıstanın paytaxtı Afinada keçiriləcək Avropa çempionatında iştirak edəcəklər.

Bizim.Media xəbər verir ki, Azərbaycan Atıcılıq Federasiyasından verilən məlumata görə, ölkəmizi yarışda səngər (Trap) və dairəvi (Skeet) stend üzrə ümumilikdə 12 idmançı təmsil edəcək.

Dairəvi stenddə Niyaz Ağazadə, Fuad Qurbanov, Abidin Əsədullayev, Riqina Meftaxetdinova, Nurlana Cəfərova və Əli Mustafayev mübarizə aparacaqlar.
 

Səngər stenddə isə Mürtəza Novruzlu, Əli Hüseynli, Aydan Camalova, Nərmin Cəfərova, Əlimirzə Quliyev və Mirmömin Ağazadə çıxış edəcəklər.


Qeyd edək ki, Avropa çempionatı sentyabrın 27-dən oktyabrın 13-dək keçiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin