Azərbaycan və Mərkəzi Afrika Respublikası arasında diplomatik əlaqələr yaradıldı – FOTO

Hazırda oxunan: Azərbaycan və Mərkəzi Afrika Respublikası arasında diplomatik əlaqələr yaradıldı – FOTO

638340

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Mərkəzi Afrika Respublikasının xarici işlər, Frankofoniya və Xaricdəki Mərkəzi Afrikalılar üzrə naziri Silvi Baipo-Temon ilə görüşüb.

Bizim.Media xəbər verir ki, bu barədə xarici işlər naziri Ceyhun Bayramov “X” hesabında məlumat verib.

O bildirib ki, görüş zamanı Azərbaycan ilə Mərkəzi Afrika Respublikası arasında ikitərəfli münasibətlərin inkişaf perspektivləri müzakirə olunub.
 

Nazir qeyd edib ki, Azərbaycan Afrika ölkələri ilə əlaqələrin gücləndirilməsinə strateji əhəmiyyət verir. Görüşdə siyasi, iqtisadi, mədəni, təhsil və elmi sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanları nəzərdən keçirilib.


Tərəflər, həmçinin BMT, Afrika İttifaqı və digər çoxtərəfli platformalar çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Ceyhun Bayramov bildirib ki, Mərkəzi Afrika Respublikasından olan tələbələr İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatına üzv ölkələrin vətəndaşları üçün Azərbaycanın təsis etdiyi təhsil təqaüd proqramlarından yararlanıblar.







Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin