ABŞ-ın elektron ticarət nəhəngi Amazon kargo uçağının eniş zolağından çıxması və 5 nəfərin ölməsi ilə nəticələnən qəzadan sonra "21 Air" kargo şirkəti ilə işləri dayandırıb.
Bizim.Media xəbər verir ki, Amazon-un sözçüsü Kelli Nantel sentyabrın 7-də baş verən hadisə ilə bağlı açıqlama verib.
O bildirib ki, baş verən faciəli qəzadan sonra aparılan qiymətləndirmə prosesi nəticəsində "21 Air" ilə fəaliyyətləri dayandırmaq qərarına gəliblər.
Xatırladaq ki, ABŞ-nin Florida ştatındakı Mayami Beynəlxalq Hava Limanına enən Amazona məxsus "Boeing 767" tipli kargo uçağı eniş zolağından çıxmış və qəza nəticəsində 5 nəfər həyatını itirmişdi.
Sosial şəbəkələrdə yayılan ilk görüntülərdə nəhəng yük təyyarəsinin eniş zolağından kənarda yan tərəfə çevrilməsi və salamat qalan gövdəsindən qara tüstülərin qalxadığı əks olunmuşdu.
Bizim.Media

































































































