Dərs saatları dəyişdirilir? - RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Dərs saatları dəyişdirilir? - RƏSMİ AÇIQLAMA

636569

“Hazırda dərs saatlarının dəyişdirilməsi ilə bağlı hər hansı qərar yoxdur”. 

Bizim.Media xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib. 

Nazirin sözlərinə görə, davamlı monitorinqlər aparılır, müzakirələr keçirilir. Valideynlərin iş saatları, uşaqları məktəbə qoyduqdan sonra işə çatmaq məsələləri nəzərə alınır.

"Ali təhsil müəssisələri ilə bağlı isə müəyyən monitorinqlər aparılır. Təhlillərə uyğun qərarlar veriləndə ictimaiyyətə açıqlanır. Hazırda bununla bağlı hansısa bir qərar yoxdur".

Fəridə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin