Türkiyə NATO-nun ən güclü ordularından birinə sahibdir - Rütte

Hazırda oxunan: Türkiyə NATO-nun ən güclü ordularından birinə sahibdir - Rütte

623634

“Türkiyə NATO-da lider rolunu gücləndirib”.

Bizim.Media xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Mark Rütte “Anadolu” agentliyinə müsahibəsi zamanı danışıb.
 

Rütte Türkiyənin müdafiə sənayesində əldə etdiyi nailiyyətlərə diqqət çəkib. O bildirib ki, Türkiyə son illərdə bu sahədə sürətli inkişaf yolu keçib və hazırda təxminən 3 min şirkət NATO qüvvələrinin ehtiyac duyduğu hərbi texnika və avadanlıqlar istehsal edir.


“Bu gün Türkiyə NATO-nun ən böyük və peşəkar hazırlığa malik silahlı qüvvələrindən birinə sahibdir. Xüsusilə son 5-10 il ərzində ölkə müdafiə sənayesini sürətlə inkişaf etdirib. Türkiyə alyans üçün olduqca mühüm əhəmiyyət daşıyır. Türkiyənin geostrateji mövqeyi, NATO-dakı liderliyi və bu sammitə ev sahibliyi etməsi bunun bariz göstəricisidir”, - o qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin