SOCAR-ın hücuma məruz qalan yanacaqdoldurma məntəqəsində SON DURUM

Hazırda oxunan: SOCAR-ın hücuma məruz qalan yanacaqdoldurma məntəqəsində SON DURUM

623563

Rusiya Silahlı Qüvvələrinin SOCAR-ın Ukraynadakı yanacaqdoldurma məntəqəsinə pilotsuz uçuş aparatları (PUA) ilə zərbə endirməsi nəticəsində dəyən ziyan müəyyənləşdirilir.

Bizim.Media xəbər verir ki, bu barədə "azertag.az"a “SOCAR Energy Ukraine” şirkətindən məlumat verilib.
 

Bildirilib ki, iyulun 5-i axşam saatlarında Nikolayev vilayətində yerləşən SOCAR-ın yanacaqdoldurma məntəqəsi 3 dron hücumuna məruz qalıb və nəticədə partlayış baş verib. Yanacaqdoldurma məntəqəsinin bərpası işlərinə başlanılıb.


Xatırladaq ki, ötən ilin yayında Ukraynanın Jitomir vilayətinin Berezina kəndində baş vermiş partlayışlar nəticəsində Azərbaycanın “SOCAR Energy Ukraine” şirkətinə məxsus iki yanacaqdoldurma məntəqəsinə də ciddi ziyan dəymişdi.

Bundan başqa, avqustun 8-nə keçən gecə Rusiya Silahlı Qüvvələri SOCAR-ın Ukraynanın Odessa vilayətində yerləşən neft bazasına “Şahed” tipli pilotsuz uçuş aparatları ilə hücum etmişdi. PUA zərbələri nəticəsində yanğın baş vermiş, dörd nəfər ağır yaralanmışdı.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin