Quterreş süni intellekti cəmiyyət üzərində aparılan “eksperiment” adlandırdı

Hazırda oxunan: Quterreş süni intellekti cəmiyyət üzərində aparılan “eksperiment” adlandırdı

623553

BMT-nin Baş katibi Antoniu Quterreş süni intellektin (Sİ) genişmiqyaslı tətbiqinin cəmiyyət üçün ciddi risklər yaratdığını bildirib.

Bizim.Media xəbər verir ki, Cenevrədə süni intellektin təhlükəsizliyi ilə bağlı keçirilən konfransda çıxış edən Baş katib bu texnologiyanın hazırkı inkişaf tempini narahatedici adlandırıb.
 

"Cəmiyyətimiz üzərində plansız və razılıqsız bir eksperiment aparılır. Bu, qeyri-dayanıqlı və qəbuledilməzdir. Süni intellekt artıq dünyamızı dəyişdirir. Əsas sual budur: biz bu transformasiyanı birgə idarə edəcəyik, yoxsa onun bizi idarə etməsinə imkan verəcəyik?" - deyə Quterreş vurğulayıb.


BMT rəhbəri süni intellektin inkişafına nəzarəti bərpa etmək üçün ciddi məhdudiyyətlərin tətbiq edilməsinin vacibliyini qeyd edib.

O, bu məhdudiyyətlərin həm dövlət hökumətləri, həm də texnologiyanı hazırlayan şirkətlər tərəfindən qəbul edilməli olduğunu bəyan edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin