Dünyanın ən xoşbəxt ölkələri açıqlandı – SİYAHI

Hazırda oxunan: Dünyanın ən xoşbəxt ölkələri açıqlandı – SİYAHI

623559

Dünyanın ən rahat və xoşbəxt 25 ölkəsi müəyyən edilib.

Bizim.Media xəbər verir ki, reytinq 140-dan çox ölkənin sakinlərinin rifah səviyyəsinin qiymətləndirildiyi beynəlxalq “Gallup World Poll” sorğusunun nəticələri əsasında hazırlanıb.
 

2026-cı il üzrə Dünya Xoşbəxtlik Hesabatına daxil edilən araşdırmanın nəticələrinə görə, lider mövqeləri yenidən Şimali Avropa ölkələri tutublar. Bununla belə, ilk beşlikdə diqqətçəkən dəyişiklik baş verib.


Reytinqdə birinci yeri yenidən Finlandiya tutaraq liderliyini qoruyub. İkinci yerdə İslandiya, üçüncü yerdə isə əvvəllər dəfələrlə reytinqə başçılıq etmiş Danimarka yer alıb.

Bu regiondan kənarda ilk beşliyə düşən yeganə ölkə Kosta-Rika olub. Göstəricilərini sabit şəkildə yaxşılaşdıran ölkə dördüncü pilləyə yüksəlib.

İlk beşliyi İsveç tamamlayıb. Beləliklə, ilk beş mövqedən dördü yenidən Şimali Avropa ölkələrinin payına düşüb.

Araşdırmanın əsasını “Gallup World Poll” sorğusunun nəticələri və aşağıdakı meyarlar təşkil edir: sağlam həyatın gözlənilən uzunluğu; sosial dəstəyin səviyyəsi; şəxsi azadlıq dərəcəsi; insanların başqalarına kömək etməyə hazırlığı; həyat keyfiyyətindən ümumi məmnunluq. (oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin