Ukraynanın Odessa şəhərində türk restoranının sahibinin 68 yaşlı qadına qarşı zorakılıq etməsi ölkə miqyasında böyük rezonans doğurub.
Bizim.Media “Haberler”ə istinadla xəbər verir ki, Hadisə şəhərin mərkəzi küçələrindən biri olan Deribasovskaya küçəsində yerləşən “Turkuaz” restoranında baş verib.
İddialara görə, qadın restoranın yaxınlığında aparılan tikinti işlərindən yaranan səs-küydən narazı olduğu üçün elektrik təchizatını kəsib. Bundan sonra restoran sahibi ilə qadın arasında mübahisə yaranıb.
Sosial şəbəkələrdə yayılan görüntülərdə kişinin qadını itələdiyi, vurduğu və saçından tutaraq sürüklədiyi əks olunub.
Məsələ ictimailəşdikdən sonra “Turkuaz” restoranı möhürlənərək fəaliyyətini dayandırıb. Odessa polisi faktla bağlı araşdırmalara başlayıb və hadisənin bütün təfərrüatlarının araşdırıldığını açıqlayıb.
Bizim.Media



































































































