Gəncədə Heydər Əliyevlə bağlı tədbir keçirildi

Hazırda oxunan: Gəncədə Heydər Əliyevlə bağlı tədbir keçirildi

37987

“9 dekabr 2013- cü ildə Azərbaycan Dövlət Aqrar Universitetində ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş “Heydər Əliyev və Azərbaycanın aqrar təhsili” mövzusunda elmi-praktik konfrans keçirilib”. Moderator.az xəbər verir ki, tədbir H.Əliyevin anım günü ilə bağlı təşkil edilib:

 “Konfransda YAP Gəncə şəhər Təşkilatının sədri Naqif Həmzəyev,Azərbaycan Dövlət Aqrar Universitetinin rektoruprofessor İbrahim Cəfərov, Azərbaycan Texnologiya Universitetinin rektoru professor Akif Süleymanov, universitetin müəllim və tələbə heyəti iştirak ediblər.

ADAU-nun rektoru, professor İbrahim Cəfərov elmi-praktik konfransı açdıqdan sonra ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransda dahi şəxsiyyət, görkəmli dövlət xadimi Heydər Əliyevin mənalı həyatı və Azərbaycan xalqına misilsiz xidmətləri barədə geniş və ətraflı məruzə dinlənilib.

Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatının sədri Naqif Həmzəyev Azərbaycanın bu günkü qələbələri, iqtisadi-sosial tərəqqisi, beynəlxalq nüfuzunun artması, insanların firavan həyatının təmin olunması, doğma Gəncəmizin inkişafı sahəsində ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətlərini diqqətə çatdırıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ulu öndərin siyasi kursunu uğurla yerinə yetirməsini, gəncəlilərə tükənməz diqqət və qayğı göstərdiyini vurğulayıb.

Azərbaycan tarixi, fəlsəfə və hüquq kafedrasının dosenti Nizami Əlizadə, həmin kafedranın müəllimi Piri Axundov çıxış edərək, ümummilli liderin zəngin irsinin daimi və əbədi olduğunu, bütün uğurlarımızın əsasında onun müqəddəs və müdrik ideyalarının dayandığını bildiriblər.

Tədbirdə dünyamiqyaslı siyasətçi Heydər Əliyevin anım gününə həsr olunan kimya, riyaziyyat, fizika fənləri üzrə olimpiyadanın qalibləri mükafatlandırılıblar. I, II, III yerlərin qaliblərinə pul mükafatı, IV, V, VI yerlərin sahiblərinə isə fəxri fərmanlar verilib”

 

Şamil


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin