Ədliyyə naziri məcburi köçkünləri qəbul etdi

Hazırda oxunan: Ədliyyə naziri məcburi köçkünləri qəbul etdi

34774

Ölkə Prezidentinin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq oktyabrın 3-də ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov Sumqayıt şəhərində Abşeron, Qobustan, Xızı rayonlarında, Sumqayıtda və digər bölgələrdə yaşayan vətəndaşların, habelə Şuşa şəhəri və Qubadlı rayonundan olan məcburi köçkünlərin qəbulunu keçirib.

Moderator.az-ın  Avropa.info-ya istinadən məlumatına görə, vətəndaşların rahatlığının təmin edilməsi üçün nazirin qəbuluna yazılış qabaqcadan başlanılmış, nazirliyin elektron xidmətlər portalında xüsusi olaraq birbaşa yazılmaq imkanı yaradılıb.

Gün ərzində aparılmış qəbul zamanı ədliyyə və məhkəmə fəaliyyəti, habelə digər müxtəlif məsələlər ilə bağlı hər bir vətəndaş diqqətlə dinlənilmiş, müraciətlərdə qaldırılan məsələlərin bir qismi elə yerindəcə öz həllini tapıb, digər müraciətlər üzrə qəbulda iştirak edən nazirliyin aidiyyəti məsul işçilərinə dərhal tapşırıqlar verilib.

Eyni zamanda, ədliyyə və məhkəmə fəaliyyətinə aid olmayan digər məsələlərlə bağlı müraciətlərə baxılmış, onların araşdırılması üçün aidiyyəti üzrə göndərilməsi təmin olunub. 

Səfər zamanı ədliyyə naziri yerli, habelə regional ədliyyə və məhkəmə orqanlarına baş çəkərək, hakimlər və ədliyyə işçiləri ilə görüşmüş, onların fəaliyyəti və iş şəraiti ilə tanış olub, problemlərlə maraqlanmış, işin səmərəliliyinin artırılması üzrə tövsiyələrini verib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin