“Yeni Müsavat”ın neft oğurluğu iddiasına ADXDGİ-dən reaksiya

Hazırda oxunan: “Yeni Müsavat”ın neft oğurluğu iddiasına ADXDGİ-dən reaksiya

34134

“Yeni Müsavat” qəzetinin bugünkü sayında “Rusiya kəşfiyyatının aşkarladığı 30 milyonluq neft oğurluğu haqda sensasion iddia” başlıqlı yazı gedib. Materialda qeyd olunur ki, Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi İdarəsinə (ADXDGİ) məxsus olduğu iddia edilən” Naftalan” gəmisində 30 milyon dollarlıq qaçaq mazut Rusiya Federal Təhlükəsizlik Xidməti tərəfindən ələ keçirilib, gəmi Mahaçqala limanına aparılaraq azərbaycanlı heyət üzvləri həbs olunub. Bu ilin avqust ayının əvvəllərində baş verdiyi iddia olunan bu əməliyyatdan sonra Rusiya tərəfinin gəmi kapitanını həbsdən azad etmək üçün Azərbaycan tərəfindən 5 milyon dollar tələb etdiyi iddia olunub.

Yayılan xəbərlərlə bağlı adıçəkilən dövlət qurumunun mətbuat katibi Vüqar Mirsadiqla əlaqə saxlamışıq. Moderator.az saytına açıqlamasında ADXDGİ rəsmisi “Naftalan” gəmisini doğurdan da onlara məxsus olduğunu bildirib və baş verənlərin sənədlərin tərtibatındakı yanlışlıq nəticəsində yarandığını söyləyib. Onun bildirdiyinə görə artıq anlaşılmazlığın necə yaranması və onun aradan qaldırılması üçün araşdırmalara başlanılıb. Rusiya tərəfi də öz növbəsində araşdırmalara başladığını bildirib və anlaşılmazlığın aradan qaldırılması üçün yüksək səviyyəli tədbirlər həyata keçirildiyini bildiriblər. 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin