"Azərbaycan dilinin elektron bazasının yaradılması çox vacibdir"

Hazırda oxunan: "Azərbaycan dilinin elektron bazasının yaradılması çox vacibdir"

233283
Tanınmış dilçi alim, BDU-nun professoru Qulu Məhərrəmlixa0Prezindent İlham Əliyevin Azərbaycan dili ilə bağlı imzaladığı sərəncamı Moderator.az-a şərh edib:

"Ölkə prezidentinin Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı silsilə tədbirlər haqqında sərəncam imzalaması ana dilinin virtual məkanda işlənməsini keyfiyyətcə yeni mərhələyə qaldırmaq baxımından çox təqdirəlayiq hadisədir. Sərəncamda deyildiyi kimi, hazırda ana dilinin istifadəsi və əsaslı tədqiqi, ölkədə dilçilik elmi sahəsində vəziyyətin yaxşılaşdırılması üçün əlverişli zəmin yaradılmışdır. Hesab edirəm ki, bu sənəd 2013-cü ildə qəbul edilmiş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın məntiqi davamıdır. Həmin proqram və dil siyasəti sahəsində digər normativ hüquqi aktlar və indiki sərəncam,xa0 təkcə Azərbaycanda dilçilik sahəsinin hüquqi əsaslarını və icra mexanizmini müəyyən etmir, həm də ölkə dilçiləri qarşısında ciddi vəzifələr qoyur.xa0
Sərəncamda adı çəkilən “Əcnəbilər üçün Azərbaycan dilinin elektron platforması” layihəsinin hazırlanıb tətbiq edilməsi həmin vəzifələrdən biridir. Biz “Altunkitab” nəşriyyatında təcrübəli dil mütəxəssisi Rafiq İsmayılovun rəhbərliyi altında işləyib hazırladığımız və hazırda istifadədə olan azleks.az elektron lüğətçilik təcrübəsinə əsasən deyə bilərəm ki, belə bir proqramın hazırlanıb gerçəkləşdirilməsi düşünüldüyü qədər də sadə deyildir. Bunun üçün ilk növbədə Azərbaycan dilinin elektron bazasının, dilin ümumi elektron korpusunun yaradılması çox vacibdir. Burada yaxşı cəhət odur ki, artıq bu sahədə ölkəmizdə yaxşı təcrübə toplanıb, bacarıqlı proqramçılar və bu sahəni yaxşı bilən dilçi mütəxəssislər yetişmişdir. Ümidvaram ki, belə bir proqramın hazırlanması təkcə əcnəbilər üçün deyil, bütün dil daşıyıcıları üçün faydalı bir platforma olacaq".

Prezidentin imzaladığı sərəncamını burdan oxuya bilərsiniz:xa0www.moderator.az/news/233206.htmlxa0
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin