Zakir Həsənovdan əsgər valideynlərinə bayram hədiyyəsi

Hazırda oxunan: Zakir Həsənovdan əsgər valideynlərinə bayram hədiyyəsi

127783
Hərbi hissələrdə “Açıq qapı”x9d günü keçirilir.

Bu gün saat 10.00-da müdafiə naziri Zakir Həsənovun tapşırığına əsasən, Novruz bayramı münasibətilə bütün hərbi hissələrdə əsgər valideynləri və yaxınları üçün “Açıq qapı”x9d günü keçirilir.

Moderator.az -ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, gün ərzində ziyarətçilərə, ictimaiyyət, kütləvi informasiya vasitələrinin nümayəndələrinə hərbi hissələrdə yaradılan yaşayış və məişət şəraiti ilə yaxından tanış olmaq, xidməti, inzibati binalara, eləcə də əsgər yataqxanaları və yeməkxanalarına baş çəkmək üçün şərait yaradılacaq.

Silahlı Qüvvələrin bütün rəhbər heyətinin iştirakı ilə keçirilən “Açıq qapı”x9d günündə valideynlərlə görüşlər təşkil olunacaq, onları maraqlandıran məsələlərin müzakirəsi aparılacaq,  konsert proqramları və digər mədəni-kütləvi tədbirlər keçiriləcək.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin