Fransa Prezidenti Emmanuel Makron Suriyaya rəsmi səfərə gəlib və Dəməşqə çatdıqdan sonra tünd eynək taxıb.
Bizim.Media xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
Makronu və onun rəhbərlik etdiyi nümayəndə heyətini Dəməşq beynəlxalq hava limanında Suriyanın xarici işlər naziri Asaad aş-Şibani qarşılayıb. Suriyanın keçid dövrü prezidenti Əhməd aş-Şaraa və Makron iki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə dəyirmi masa formatında görüş keçirəcəklər.
Qeyd olunur ki, Makron Dəməşqə axşam saatlarında, yəni artıq parlaq günəş işığı olmadığı bir vaxtda ensə də, günəş eynəyində olub.
Xatırladaq ki, bundan əvvəl də Makron rəsmi tədbirə tünd eynəkdə qatılmışdı. Belə ki, o, yanvar ayında Davosda keçirilən Dünya İqtisadi Forumunda çıxışını günəş eynəyində etmişdi. Makron o zaman bunu gözündəki damarın partlaması ilə izah etmişdi.
Bizim.Media

- A-
- A
- A+
Multimedia
00:38 / 07.07.2026
Makron Dəməşqə tünd eynəkdə endi - VİDEO
Hazırda oxunan: Makron Dəməşqə tünd eynəkdə endi - VİDEO
Hazırda oxunan: Makron Dəməşqə tünd eynəkdə endi - VİDEO
623677
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































