“İran-İsrail müharibəsi baş versəydi,qurbanlardan biri də Azərbaycan olacaqdı”x9d

Hazırda oxunan: “İran-İsrail müharibəsi baş versəydi,qurbanlardan biri də Azərbaycan olacaqdı”x9d

86437

İranla “altılıq”x9d dövlətləri arasında əldə edilən tarixi razılaşma bütün dünyada olduğu kimi Azərbaycanda da böyük maraqla qarşılanıb. Baş verənlərə münasibət bildirən bəzi iqtisadi-siyasi ekspertlər bu razılaşmanın Azərbaycanın da maraqlarına cavab verdiyi qənaətindədir. Lakin İranın iqtisadi inkişafı üçün geniş perspektivlər açan sözügedən razılaşmanın həm də İran neftinin dünya bazarında daha geniş şəkildə çıxışına şərait yaradacağı da istina edilmir ki, bu da Azərbaycan nefti üçün müəyyən problemlər yarada bilər.

Maraqlıdır, İranla altılıq dövlətləri arasındakı razılaşmanın Azərbaycan üçün mümkün təsirləri nədən ibarətdir? İranla Qərbin dil tapması Azərbaycana  müsbət təsir edəcəkmi? Doğrudanmı, Azərbaycan İran-Qərb anlaşmasından udur?

Məsələ ilə bağlı Moderator.az-ın sualını cavablandıran görkəmli beynəlxalq şərhçi Mirzə Xəzər İran-“altılıq”x9d razılaşmasının Azərbaycan üçün həm müsbət, həm də mənfi təsirlərə səbəb olacağını bildirib:

“İranla altı dövlət arasında imzalanmış sazişin Azərbaycana həm müsbət, həm də mənfi təsiri olacaq. Müsbətdən başlayaq. İran nüvə silahına nail olmaq istəyirdi. Tehranın bu niyyəti Amerika Birləşmiş Ştatlarını və İsraili narahat edirdi. Nüvə ixtilafı söz davasından həqiqi hərbi qarşıdurmaya çevrilmək üzrə idi. İsrail İranın nüvə qurğularını havadan bombardman edəcəyini, İran da bunun cavabında İsrailin bütün şəhərlərini yerlə-yeksan edəcəyini bildirirdi. Bu hədə-qorxular gerçəkləşsəydi, birinci qurban İran, ikincisi İsrail, üçüncüsü isə, qəribə səslənsə də, Azərbaycan ola bilərdi. Niyə? Çünki, ABŞ və İsrailin İrana zərbə endirmək üçün Azərbaycan ərazisindən platsdarm kimi istifadə edəcəyi istisna edilmirdi. İranla altı dövlət arasında imzalanmış saziş hərbi münaqişə ehtimalını aradan qaldırır və Azərbaycanın çətin dilemma ilə üzləşməyəcəyini göstərir. Bu baxımdan imzalanmış saziş Azərbaycana müsbət təsir edəcək. Amma İran ilə Azərbaycan arasında ən böyük maneə Bakı ilə Tel Əviv arasında strateji ittifaqdır. İran atom silahından əl çəkdi, amma İsrailə qarşı sözdə "od püskürməkdən" əl çəkməyəcək. Aydındır ki, Azərbaycan da İsrail ilə ittifaqdan imtina etməyəcək və Heydər Əliyevin təməlini qoyduğu siyasi xəttən sapmayacaq. İranın tələbinə boyun əymək müstəqilliyin mühüm hissəsini itirmək deməkdir. Azərbaycan-İsrail münasibətləri 22 ildir Tehran-Bakı münasibətlərində diplomatik münaqişənin təməlində durur. Yadımdadır. 1998-ci il fevralın 1-də Bakıda olarkən mərhum Heydər Əliyevlə iki saata yaxın görüşüm oldu. Söhbət əsnasında Heydər Əliyev, 1997-ci ilin sonunda Tehrana səfəri zamanı İran tərəfinin ondan İsrail ilə diplomatik əlaqələri kəsməyi tələb etdiyini və onun bu tələbi rədd etdiyini yada salaraq qeyd etdi ki, bu söz atışması ən yüksək tonda cərəyan edirdi.

Əsas məsələyə qayıdaq. İranla altılıq dövlətləri arasında razılaşma və bunun nəticəsində Qərbin iqtisadi və siyasi sanksiyalarının ləğvi İran neftinin dünya bazarına axmasına və nəticə etibarilə Azərbaycanın Avropa üçün neft və qaz mənbəyi kimi rolunun kiçilməsinə gətirib çıxarda bilər. Azərbaycanın Avropanın əsas neft və qaz tədarükçüsü olaraq əhəmiyyətini itirməsi işğal edilmiş Qarabağ torpaqlarının qaytarılması məsələsini də gündəlikdən silə biləcəyini iddia etmək yanlış olmazdı. Təsadüfi deyildir ki, altılıq dövlətləri ilə saziş imzalandıqdan iki gün sonra İlham Əliyevin göstərişi ilə xarici işlər naziri Elmar Məmmədyarovun Moskvaya səfər etdi. Rəsmi məlumatlarda yalnız Qarabağ məsələsinin müzakirə olunduğu qeyd edilsə də, başqa məsələlərin, o cümlədən altılıq-İran sazişinin də müzakirə mövzusu olduğunu söyləmək olar. Əlavə edək ki, İrana qarşı iqtisadi sanksiyalar ləğv edilərsə, Xəzər neftinin İran ərazisindən Fars Körfəzinə boru ilə daşınması planı da reallaşa bilər. Bunun da Azərbaycana müsbət təsir edəcəyini söyləmək səhv olardı. Burada söhbət təkcə Azərbaycan neftindən getmir, Qazaxstan və Türkmənistan nefti də mövzubəhs ola bilər. Məlumdur ki, indiyədək TransXəzər neft kəmərinin Azərbaycandan keçməsi ehtimalı müzakirə olunurdu. Planlar dəyişə bilər... Bütün bunlara baxmayaraq, şübhə yoxdur ki, İran ilə Qərbin barışması, sanksiyaların ləğvi İran ilə Azərbaycan arasında iqtisadi əməkdaşlığın genişlənməsinə gətirib çıxardacaqdır”x9d.

 

Seymur Əliyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin