İlham Əliyev “Euronews” televiziyasına müsahibə VERDİ – FOTO- VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 18-də “Euronews” televiziyasına müsahibə verib.
Bizim.Media müsahibəni təqdim edir.
Müxbir: Cənab Prezident, hər zaman olduğu kimi Sizi yenidən görməyə çox şadıq. 182 ölkədən 40 mindən çox iştirakçı. Bu, COP29-dan sonra Azərbaycanda keçirilən ikinci ən böyük tədbirdir.
WUF13-ə ev sahibliyi etmək Azərbaycanın dayanıqlı şəhərsalmanın gələcəyinin formalaşdırılmasında beynəlxalq roluna hansı töhfəni verir?
Prezident İlham Əliyev: Əlbəttə, WUF13-ə ev sahibliyi etmək bizim üçün böyük şərəfdir. Burada 182 ölkə təmsil olunur. Bu isə Azərbaycana göstərilən hörmətin bariz nümunəsidir. Bildiyimə görə, iştirakçıla...