Serbiyalı futbolçu bir mövsümdə iki ölkənin çempionu oldu

Hazırda oxunan: Serbiyalı futbolçu bir mövsümdə iki ölkənin çempionu oldu

614013

Rusiyanın "Zenit" futbol klubunun müdafiəçisi Strahinya Erakoviç 2025/26 mövsümündə iki ölkənin çempionu olub.

Bizim.Media “sport24.ru”ya istinadən xəbər verir ki, futbolçu həm Rusiya, həm də Serbiya çempionatlarında qalib gəlib.
 

25 yaşlı serbiyalı müdafiəçi mövsümün ilk hissəsini "Zenit"də keçirib. Oyunçu Sankt-Peterburq təmsilçisinin heyətində Rusiya Premyer Liqasında 12 matçda meydana çıxıb. Mayın 17-də "Zenit" 68 xalla çempionatı birinci sırada başa vurub.


Fevral ayında Erakoviç "Srvena Zvezda"ya icarəyə verilib və milli çempionatda 13 oyunda iştirak edib. Aprelin 26-da komanda Serbiya çempionu olub.

Qeyd edək ki, Erakoviçin "Srvena Zvezda" ilə icarə müqaviləsi avqustun 31-nə qədər nəzərdə tutulub. (oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin