"Beşiktaş"ın baş məşqçisi Sergen Yalçın vəzifəsindən ayrılıb.
Bizim.Media xəbər verir ki, bu haqda "TRT Spor" məlumat yayıb.
53 yaşlı mütəxəssis klub prezidenti Serdar Adalı ilə görüşüb. Bildirilib ki, həmin görüşdən sonra Sergen Yalçın klubdan ayrılmaq qərarına gəlib.
Qeyd edək ki, Sergen Yalçın 2025-ci ilin avqust ayından bu vəzifəni yerinə yetirirdi. İstanbul təmsilçisi cari mövsüm S.Yalçının rəhbərliyi altında Superliqanı 60 xalla 4-cü pillədə başa vurub.
Mütəxəssis həmçinin 2020-21-ci illərdə də "Beşiktaş"ı çalışdırıb.
Bizim.Media

- A-
- A
- A+
İdman
16:40 / 18.05.2026
“Beşiktaş” Sergen Yalçını istefaya GÖNDƏRDİ
Hazırda oxunan: “Beşiktaş” Sergen Yalçını istefaya GÖNDƏRDİ
Hazırda oxunan: “Beşiktaş” Sergen Yalçını istefaya GÖNDƏRDİ
613936
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





































































































