İlham Əliyevin Vuçiçlə səmimi FOTOLARI

Hazırda oxunan: İlham Əliyevin Vuçiçlə səmimi FOTOLARI

614001

Serbiya Prezidenti Aleksandar Vuçiç Bakıda keçirilən 13-cü Ümumdünya Şəhərsalma Forumunda (WUF13) iştirakı ilə bağlı rəsmi instaqram hesabında paylaşım edib.

Bizim.Media xəbər verir ki, Serbiya lideri paylaşımında Azərbaycan Prezidenti İlham Əliyevlə olan fotolarına da yer verib.

"Şəhərlərin gələcəyinə, davamlı inkişafa və vətəndaşların həyat keyfiyyətinin yüksəldilməsinə həsr olunmuş ən mühüm qlobal toplantılardan biri olan WUF13-də Serbiyanı qürurla təmsil edirəm. Ölkəmiz üçün infrastruktur, energetika, nəqliyyat və ağıllı şəhərsalma sahəsində müasir həllərin müzakirəsində iştirak etmək böyük əhəmiyyət kəsb edir. Çünki yalnız ciddi planlaşdırma və məsuliyyətli siyasətlə müasir və uğurlu dövlət qurmağa davam edə bilərik”, – deyə Vuçiç Bakıdakı qlobal tədbirin ölkəsi üçün əhəmiyyətindən söz açıb.

Qeyd edək ki, Serbiya Prezidenti forum çərçivəsində Bakıda mühüm görüşlər keçirəcəyini də vurğulayıb.

















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin