Azərbaycanla imzalanan sənədlər bizim üçün MÜHÜMDÜR

Hazırda oxunan: Azərbaycanla imzalanan sənədlər bizim üçün MÜHÜMDÜR

613981

Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında imzalanan sənədlər Gürcüstan üçün mühüm əhəmiyyətə malikdir.

Bizim.Media xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.

Hökumət başçısı bildirib ki, imzalanmış sənədlər iki ölkə arasındakı münasibətlərdə iqtisadi və enerji tərəfdaşlığının dərinləşməsi ilə bağlı mühüm bir mərhələdir.
 

Baş nazir deyib ki, Bakıda daha bir nühüm sənəd - “Bakı–Tiflis–Qars” yeni dəmir yolu xətti layihəsinin həyata keçirilməsi çərçivəsində Marabda–Türkiyə Respublikası sərhədinə qədər (Kartsaxi) dəmir yolu sahəsinin reabilitasiyası, rekonstruksiyası, inşası üzrə Koordinasiya Şurasının 41-ci iclasının Protokolu da imzalanıb.


“Bu sənəd nəqliyyat sahəsində əməkdaşlığın genişlənməsi, eləcə də beynəlxalq yük və sərnişindaşınmalarda mühüm rol oynacaq”, - deyə Kobaxidze vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin