"İran Azərbaycan və Türkiyəyə qarşı heç bir zərbə endirməyib" - Xameneinin müşavirindən AÇIQLAMA

Hazırda oxunan: "İran Azərbaycan və Türkiyəyə qarşı heç bir zərbə endirməyib" - Xameneinin müşavirindən AÇIQLAMA

614011

"Müharibə başlayandan bu günə qədər müxtəlif mərkəzlər İranı Azərbaycan və Türkiyə ilə üz-üzə gətirmək üçün əllərindən gələn hər şeyi etdilər. Biz Azərbaycana hər şeyi izah etdik və onlar da bunu anladılar”.

Bizim.Media “Azad İran” teleqram kanalında istinadla xəbər verir ki, bu sözləri bu gün İran Ali Hərbi Şurasının sədri, Ali dini rəhbərin hərbi məsələlər üzrə müşaviri Yəhya Rəhim Səfəvi müsahibəsində deyib. O, mövzu ilə bağlı açıqlamasını bu cür davam etdirib:

“Azərbaycan İrana humanitar yardım göndərdi və müxtəlif təxliyə tədbirləri üçün humanitar dəhliz yaratdı. Bunun özü olduqca böyük addım və dəstəkdir. İran bunu yüksək dəyərləndirir.

Ermənistan bizə dost ölkədir, Ermənistanın Avropa ilə münasibətlərini normal qarşılayırıq, çünki Avropa müharibədə ideal olmasa da, qənaətbəxş davrandı. Buna baxmayaraq, Ermənistanın ABŞ əsgərini bölgəyə gətirmək istəyi İran üçün suallar doğurur".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin