Azərbaycan Belarusdan "Aİ-98" benzinin alışını bərpa etdi

Hazırda oxunan: Azərbaycan Belarusdan "Aİ-98" benzinin alışını bərpa etdi

613892

Bu ilin yanvar-mart aylarında Azərbaycana xaricdən 650,2 min ABŞ dolları dəyərində 530 ton "Aİ-98" ("Super") markalı avtomobil benzini gətirilib.

Bizim.Media xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatları əsasında hazırlanan hesablamalara əsasən, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 19 %, kəmiyyət olaraq – 18 % azdır.
 

Hesabat dövründə Azərbaycan Belarusdan 293,5 min ABŞ dolları dəyərində 239,4 ton, Rumıniyadan 206,8 min ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 46 % çox) 168,7 ton (+46 %), Rusiyadan 150 min ABŞ dolları dəyərində (-49 %) 122,3 ton (-49 %) və benzin alıb.


Azərbaycan 1 il 4 aylıq fasilənin ardından Belarusdan tədarükü bərpa edib.

2025-ci ildə Azərbaycana idxal edilmiş "Aİ-98" benzinin 45,2 %-i Rumıniyanın, 40,1 %-i Rusiyanın payına düşüb. (Report.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin