Türkiyədə silahlı hücumda ölənlərin sayı artdı – DETALLAR – FOTO/VİDEO

Hazırda oxunan: Türkiyədə silahlı hücumda ölənlərin sayı artdı – DETALLAR – FOTO/VİDEO

613999

Türkiyənin Mersin vilayətinin Tarsus rayonunda silahlı şəxsin atəş açaraq güllələdiyi şəxslər arasında ölənlərin sayı 6 nəfərə çatıb.
 

MÖVZU İLƏ BAĞLI: 

Türkiyədə silahlı hücum: qarşısına çıxanı güllələdi - VİDEO


Bizim.Media Türkiyə KİV-nə istinadla xəbər verir ki, yaralan 8 nəfərin müalicəsi isə davam etdirilir.

Hadisə ilə bağlı bəzi təfərrüatlar məlum olub. Belə ki, silahlı şəxsin Mərsində keçmiş həyat yoldaşı, 32 yaşlı Arzu Özdeni öldürdükdən sonra küçəyə çıxaraq insanlara hücum etdiyi qeyd olunub.
 

Hadisə yerindən qaçan Metin Ö. daha sonra 01 B 9171 dövlət qeydiyyat nişanlı avtomobillə Tarsus rayonunun Kadelli Dörtler məhəlləsində Sabri Pana məxsus restorana gələrək silaha əl atıb və restoran sahibini güllələyib. Sabri Pan çatdırıldığı xəstəxanada, restoranın işçisi Ahmet Ercan Can isə hadisə yerindəcə həyatını itirib.


Avtomobillə qaçmağa davam edən cinayətkar Kaburgediği məhəlləsində heyvan otaran gənclərdən Yusuf Oktayı, ardınca isə Yeniköy məhəlləsindəki yanacaqdoldurma məntəqəsində yük maşını sürücüsü Abdullah Kocanı güllələyərək qətlə yetirib.

Şübhəlinin yanacaqdoldurma məntəqəsində vurduğu operator Gökay Sefiloğlunun da həyatını itirdiyi məlum olub. Şübhəli şəxsin silahlı hücumları zamanı daha 8 nəfəri yaraladığı məlum olub.





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin