Seçildiyi gündən bəri görünməyən Xameneinin son vəziyyəti AÇIQLANDI

Hazırda oxunan: Seçildiyi gündən bəri görünməyən Xameneinin son vəziyyəti AÇIQLANDI

613991

İranın Ali rəhbəri Müctəba Xameneinin ABŞ və İsrailin hücumu zamanı aldığı xəsarətlər onun xarici görünüşünü pozmayıb.

Bizim.Media IRNA agentliyinə istinadən xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hüseyn Kermanpur məlumat verib.

Rəsminin sözlərinə görə, Qərbin yaydığı şayiələrin əksinə olaraq, Xamenei ətraflarını (əllərini, ayaqlarını – red.) itirməyib və əlil olmayıb.

İran rəhbərinin ofisinin protokol xidmətinin rəhbəri Məzahər Hüseyni dəqiqləşdirib ki, Müctəba Xamenei bel və diz nahiyəsindən aldığı xəsarətlərdən, həmçinin qulaq arxasındakı kəsilmiş yaradan sonra səhhəti sağalmağa doğru gedir.

Qeyd edək ki, İranın Ali rəhbəri cari ilin mart ayında ABŞ və İsrailin birgə bombardmanı zamanı xəsarət alıb. O, martın 9-da Ali rəhbər vəzifəsinə seçilib və həmin vaxtdan bəri hələ bir dəfə də olsun ictimaiyyət qarşına çıxmayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin