Tərkibində rekord miqdarda B vitamini olan MƏHSULLAR

Hazırda oxunan: Tərkibində rekord miqdarda B vitamini olan MƏHSULLAR

614023

“Günəbaxan tumu, lobya, quru göbələk və mal ətinin qaraciyəri B vitaminləri ilə zəngindir”.

Bizim.Media xəbər verir ki, bunu diyetoloq Olqa Panova “Moskva 24” telekanalına açıqlamasında bildirib. Onun sözlərinə görə, bu vitaminlər sinir sisteminin normal fəaliyyəti və qan dövranı üçün lazımdır.
 

“Günəbaxan tumları B vitaminləri ilə zəngindir və yağların yandırılmasına kömək edir. Quru lobyanın tərkibində sinir sistemini yaxşılaşdıran və iştahı azaldan B9 vitamini var. Qurudulmuş ağ göbələklər dırnaqların və saçların vəziyyətini yaxşılaşdıran B3 vitamini mənbəyidir. Mal ətinin qaraciyərində isə hematopoez və sinir sisteminin normal fəaliyyəti üçün zəruri olan B12 vitamini var”, - Panova qeyd edib.


Bununla belə, diyetoloq qeyd edib ki, quru lobyanın tərkibində fitik turşusu var. Bu da məhsulun orqanizm tərəfindən udulmasını pisləşdirir.

Mütəxəssis izah edib ki, bu maddənin təsirini neytrallaşdırmaq üçün paxlalı bitkilərə tərkibində yod da olan kombu dəniz yosunu əlavə etmək tövsiyə olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin