Azərbaycanın Bağdaddakı səfiri Eldar Səlimov İraq Türkman Cəbhəsinin (İTC, İraq türkmanların siyasi birliyi) Baş Qərargahında olub.
Bizim.Media xəbər verir ki, E. Səlimov bu barədə "X" sosial şəbəkə hesabında paylaşım edib.
Səfir burada İTC sədri və Kərkük vilayətinin qubernatoru Mehmet Səman Ağa ilə görüşüb.
"Millət vəkilləri və vilayət rəhbərliyi ilə Azərbaycanla İraq türkmanları arasındakı çoxşaxəli əlaqələrin gələcəyini, ortaq layihələri dəyərləndirdik", - E. Səlimov bildirib.
Səfir həmçinin qubernator ilə tarixi Kərkük Qalasını ziyarət etdiyini vurğulayıb:
"Qədim mədəniyyətimizin bu unikal rəmzi hazırda genişmiqyaslı bərpa və yenidənqurma işlərinə ehtiyac duyur. Arzu edirəm ki, bu qədim abidə tezliklə layiq olduğu ehtişama qovuşsun".
Qeyd edək ki, Kərkükə təxminən bir əsr sonra türkman qubernator seçilib və prezident tərəfindən təsdiqlənib.



Bizim.Media

- A-
- A
- A+
Siyasət
23:15 / 18.05.2026
Azərbaycan səfiri ilə 100 il sonra gələn tarixi görüş - FOTO
Hazırda oxunan: Azərbaycan səfiri ilə 100 il sonra gələn tarixi görüş - FOTO
Hazırda oxunan: Azərbaycan səfiri ilə 100 il sonra gələn tarixi görüş - FOTO
614010
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































